MİQ nəticələri ilə bağlı universitetlərdə görüşlər keçiriləcək

MİQ nəticələri ilə bağlı universitetlərdə görüşlər keçiriləcək
Yayınlanma tarixi: 3/30/2023 1:25:18 PM

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Martın 31-dən etibarən ali təhsil müəssisələrində pedaqoji kadr hazırlığı, müəllimlərin işə qəbulu üzrə müsabiqədə məzunların əldə etdikləri nəticələrin təhlili ilə bağlı görüşlərin keçirilməsi planlaşdırılır.

Elm və Təhsil Nazirliyindən "İslamazeri.com"a verilən xəbərə görə, görüşlərdə ali təhsil müəssisələrinin rəhbər və professor-müəllim heyətinin iştirakı nəzərdə tutulub.

Görüşlər zamanı müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak edən namizədlərin məzun olduqları ali təhsil müəssisələrinə görə fənlər üzrə statistik məlumatları təqdim ediləcək, pedaqoji kadr hazırlığı ilə bağlı qarşıda duran hədəflər müzakirə olunacaq.

Qeyd edək ki, görüşlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində təşkil ediləcək.

GÜNÜN MANŞETLERİ

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM
Namazların ümumi təqibatı
DİN

Namazların ümumi təqibatı

3/16/2026 12:43:38 PM
Sumqayıtda top mərmisi aşkar edilib
ÖLKƏ / HADİSƏ

Sumqayıtda top mərmisi aşkar edilib

3/16/2026 12:20:30 PM
Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM