Minaların daha çox hansı ərazilərdə basdırıldığı açıqlanıb

Minaların daha çox hansı ərazilərdə basdırıldığı açıqlanıb
Yayınlanma tarixi: 5.05.2023 11:41:21

Minaların daha çox hansı ərazilərdə basdırıldığı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb.

Agentlikdən "İslamazeri.com"a bildirilib ki, minalar əsasən, keçmişdə döyüşlər gedən və onlara yaxın sahələrə, yollar, ana yollar və yol kəsişmələrinə basdırılıb.

Qeyd edilib ki, bununla yanaşı keçid və cığırlar, içməli və texniki su mənbələri, həmçinin elektrik dirəklərinin ətrafı minalarla daha çox çirkləndirilən yerlər sırasındadır.

Həmçinin minaların əsasən, bağ və meşəlik ərazilərdə, əkin sahələrində, dağıdılmış və ya sahibsiz qalmış evlərdə də basdırıldığı bildirilib.

GÜNÜN MANŞETLERİ