"Milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik"

Yayınlanma tarixi: 3.02.2023 13:00:51

Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

"Qarşıdakı illərdə milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik".

"İslamazeri.com" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Prezidentin sözlərinə görə, bu gün biz Azərbaycanda "Masdar" və "ACWA Power" kimi investorlarla birgə iki investisiya layihəsini həyata keçiririk. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır.

Dövlət başçısı bu sahədə BP şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib:

"İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik".

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18