Milli Məclis Türkiyəyə 40 ədəd generator göndərib

Milli Məclis Türkiyəyə 40 ədəd generator göndərib
Yayınlanma tarixi: 2/10/2023 2:15:42 PM

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İslamazeri.com"a verilən məlumata görə, Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.

GÜNÜN MANŞETLERİ

Azərbaycanda 11 günlük tətil başlayıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda 11 günlük tətil başlayıb

3/20/2026 10:35:06 AM
Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb
İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb

3/20/2026 10:10:01 AM
Ramazan ayının hilalı görünmədi
DİN

Ramazan ayının hilalı görünmədi

3/19/2026 11:47:35 PM