Metroda gediş haqqı bahalaşacaq? - AÇIQLAMA

Metroda gediş haqqı bahalaşacaq? - AÇIQLAMA
Yayınlanma tarixi: 1/18/2022 5:57:05 PM

“Pandemiya dövründə elan edilmiş xüsusi karantin rejimi müddətində sərnişindaşımanın azalması normal qarşılanmalıdır".

Metroda gediş haqqının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

“İslamazeri.com” xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdatr Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropoliten sosial yönümlü nəqliyyat infrastrukturudur və daim dövlətin qayğısı ilə əhatə olunur.

“Pandemiya dövründə elan edilmiş xüsusi karantin rejimi müddətində sərnişindaşımanın azalması normal qarşılanmalıdır. Qeyd edilən dövrdə də metropolitenin işlək vəziyyətdə saxlanılması və zəruri xərclərin qarşılanması üçün “Bakı Metropoliteni” QSC-yə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir.

Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısında Bakı Metropoliteni də var. Bu səbəbdən gediş haqqı tarifi üzrə tənzimlənməni “Bakı Metropoliteni” QSC aparmır. Bununla bağlı, hələlik aidiyyəti üzrə hər hansı bir müraciət ünvanlanmayıb,”-deyə qurum rəsmisi bildirib.

 

 
 

GÜNÜN MANŞETLERİ

Bu gün TASUA GÜNÜDÜR
DİN

Bu gün TASUA GÜNÜDÜR

6/24/2026 10:03:14 AM
Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib
ÖLKƏ / MÜNASİBƏT

Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

6/24/2026 10:00:01 AM
İsrailin Livana hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana hücumları davam edir

6/23/2026 4:45:30 PM