Məktəbəhazırlıq qruplarında tədris prosesinin başlayacağı tarix açıqlanıb

Məktəbəhazırlıq qruplarında tədris prosesinin başlayacağı tarix açıqlanıb
Yayınlanma tarixi: 9/30/2022 4:00:47 PM

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi oktyabrın 3-də başlayacaq.

İslamazeri.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Qeyd edək ki, oktyabrın 1-i və 2-si şənbə-bazar gününə təsadüf etdiyindən məktəbəhazırlıq qruplarında tədris prosesinin başlamasının tarixi dəyişib.

GÜNÜN MANŞETLERİ