İraqda “Qanun Dövləti” koalisiyasının rəhbəri Nuri əl-Maliki ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak ilə görüşüb.
İslamazeri.com "Əl Məyadeen"ə istinadən xəbər verir ki, görüş zamanı o, İraqın suverenliyinə və xalqının seçimlərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
Məlumata görə, tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əlaqə və koordinasiyanın davam etdirilməsinin əhəmiyyətini də qeyd ediblər.
Öz növbəsində Barrak, İraqın regiondakı problemlərin həlli prosesində, gərginliyin azaldılmasında, dialoqun dəstəklənməsində və terrorla mübarizədə oynadığı rolun vacibliyini vurğulayıb.
Görüş Malikinin baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsindən sonra baş tutub.
ABŞ-ın bu namizədliyə etirazı isə ölkə prezidenti Donald Tramp tərəfindən ifadə olunub.