Livanın Cəfəri Baş Müftisi: Ordu içində ordu yaratmaq oyunundan çəkinin.
Livanın Baş Müftisi Şeyx Əhməd Kabalan, Livandakı mövcud siyasi atmosferi "milli fəlakət" adlandıraraq, mövcud administrasiyanı suverenliyi qorumadığına görə sərt tənqid edib.
İslamazeri.com xəbər verir ki, Kabalalan milli maraqların siyasi güc ambisiyalarına qurban verildiyini vurğulayıb və İsrailin təhlükəsizlik maraqlarına xidmət edən yanaşmalara qarşı sərt xəbərdarlıqlar edib.
Şeyx Kabalan, Livanın təməlini təşkil edən barışıq formulunun və milli doktrinanın ciddi təhlükə altında olduğunu bildirdi və bəzi siyasi qrupların suveren hüquqlarla bağlı güzəştli mövqelərini "milli çöküş" adlandırıb.
İşğal mediasında "ilk dəfə bir ərəb ölkəsinin İsrailin işğalını təsdiqlədiyini" iddia edən xəbərlərə istinad edən Kabalan, bunun hakim komandanın təslim siyasətinin nəticəsi olduğunu iddia edib.
O, həmçinin sərhədə hərbi yerləşdirmələrə qarşı xəbərdarlıq etdi və bildirdi ki, "ordu daxilində ordu" yaratmaq səylərinə və ya İsrailə təhlükəsizlik üstünlüyü verəcək hər hansı bir addıma qarşı ehtiyatlı olmaq lazımdır.
Kabalan, Livan ordusunun sərhəd boyunca yerləşdirilməsini dəstəklədiklərini vurğuladı, lakin bu yerləşdirilmənin İsrailin yeni məskunlaşma layihələri üçün qalxan rolunu oynamamalı olduğunu vurğulayıb.
"Bir ordu, bir silah" təbliğatını Qəzza modelində bölgəyə NATO və ya ABŞ tərəfindən dəstəklənən qüvvələrin yerləşdirilməsini hədəfləyən "sionist layihəsi" kimi müəyyən edən Kabalan, müqavimət, ordu və xalq arasında inteqrasiya olunmuş tərəfdaşlığın Livanın yeganə müdafiə qalxanı olduğunu təkrarlayıb.
Müfti Kabalan, rəsmiləri cənubluların etimadını bərpa etməyə çağıraraq, milli qurumların birliyinin yalnız ortaq müdafiə vizyonu və möhkəm milli doktrina ilə mümkün olduğunu bildirib.