Livanda ölənlərin sayı 2534-ə çatıb.
İslamazeri.com xəbər verir ki, İsrailin Livanda 2 martdan bəri davam edən hücumları nəticəsində ölənlərin sayı 2534-ə çatıb.
Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin hücumlarında şəhid və yaralananların sayını paylaşıb.
Buna görə, İsrail hücumlarında şəhid olanların sayı 2534-ə, yaralananların sayı isə 7863-ə çatıb.
Bu müddət ərzində İsrailin hücumları nəticəsində 16 xəstəxananın zərər gördüyü və ümumilikdə 100 səhiyyə işçisinin həyatını itirdiyi bildirilib.
ABŞ Prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb.
Atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubuna hücumları davam edir.