Livan hökümətindən Hizbullaha qadağa qərarı

Livan hökümətindən Hizbullaha qadağa qərarı
Yayınlanma tarixi: 3/2/2026 9:17:35 PM

Livan höküməti İsrailə qarşı dövləti və xalqı qaorumaq əvəzinə müqavimət əleyhinə qərar verib

İslamazeri.com xəbər verir ki, Livan baş naziri Nəvaf Salam bildirib ki, hökumət Hizbullah-ın hərbi və təhlükəsizlik fəaliyyətlərini qadağan edib.

Beyrutda Baabda Sarayında keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Baş nazir Nevaf Salam deyib ki, Hizbullahın həyata keçirdiyi raket hücumları hökumət qərarlarına ziddir.

Salam qeyd edib ki, bu cür addımlar Livanı regional münaqişələrə sürükləmək riski yaradır və müharibə və sülh məsələlərində yeganə səlahiyyətli qurum dövlətdir.

O vurğulayıb ki, Hizbullahın fəaliyyəti bundan sonra yalnız siyasi çərçivə ilə məhdudlaşdırılmalı və qrup silahlarını təhvil verməlidir.

Hökumət hərbi və təhlükəsizlik qurumlarına ölkə ərazisindən həyata keçirilən istənilən hərbi fəaliyyətin və ya raket atışlarının qarşısının alınması barədə göstəriş verib.

Baş nazir Salam 16 fevral 2026-cı ildə təqdim edilən və Litani çayının şimalında silahların toplanmasını nəzərdə tutan planın ordu komandanlığı tərəfindən dərhal icra olunacağını açıqlayıb.

Bu çərçivədə qanunlara zidd hərəkət edənlərin saxlanılacağı və planın qətiyyətlə həyata keçiriləcəyi bildirilib.

Salam münaqişələrin dayandırılması üçün vasitəçilik edən dövlətlərdən İsrailin Livan ərazisinə hücumlarını tam şəkildə dayandıracağına dair qəti təminat alınmasını istəyib.

Livanın əldə olunmuş razılaşmalara əməl etməkdə qətiyyətli olduğunu vurğulayan Baş nazir danışıqların beynəlxalq müşahidəçilər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə davam etdirilməsinə hazır olduqlarını bildirib.

Bundan əlavə, Livanın Xarici İşlər Nazirliyinə hücumların dayandırılması və beynəlxalq qərarların icrası üçün diplomatik təmasların artırılması tapşırılıb.

GÜNÜN MANŞETLERİ

Hizbullahdan Livan hökümətin qərarına etiraz
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan Livan hökümətin qərarına etiraz

3/2/2026 9:22:01 PM
Livan hökümətindən Hizbullaha qadağa qərarı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan hökümətindən Hizbullaha qadağa qərarı

3/2/2026 9:17:35 PM
Müharibənin qalibi kim olacaq?
REDAKTORDAN

Müharibənin qalibi kim olacaq?

3/2/2026 8:08:01 PM