Laricani iddiaları təkzib etdi: ABŞ ilə danışıqlar aparmayacağıq!

Laricani iddiaları təkzib etdi: ABŞ ilə danışıqlar aparmayacağıq!
Yayınlanma tarixi: 3/2/2026 10:29:02 AM

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Vaşinqtonla Oman vasitəsilə əlaqə qurulduğu iddialarını qəti şəkildə rədd edərək, "ABŞ ilə danışıqlar aparmayacağıq" deyib.

İslamazeri.com xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Wall Street Journal qəzetinin "Vaşinqtonla əlaqənin Oman vasitəsilə qurulduğu" iddialarını qəti şəkildə rədd edərək, bütün diplomatik qapıları faktiki olaraq bağladı.

X hesabı vasitəsilə verdiyi açıqlamada Laricani bildirib: "ABŞ ilə danışıqlar aparmayacağıq".

ABŞ prezidenti Donald Trampın "xəyali ambisiyalarının" bölgəni xaosun həddinə çatdırdığını və "Amerika Birinci" şüarını "İsrail Birinci" siyasətinə çevirdiyini deyən Laricani, Amerika əsgərlərinin və onların ailələrinin Trampın şəxsi ambisiyaları və yanlış ifadələri səbəbindən ağır bir bədəl ödədiyini bildirdi.

Katib İranın hazırkı hərbi eskalasiyasının tamamilə qanuni özünümüdafiə çərçivəsində olduğunu vurğulayıb və İran Silahlı Qüvvələrinin heç bir təcavüz başlatmadığını bildirib.

Laricani bölgədəki gərginliyə görə birbaşa Tramp administrasiyasının "xəyali" yanaşmalarını günahlandırıb və İranın milli təhlükəsizliyini qorumaq əzmini bir daha təkrarlayıb.

Laricani bildirib ki, Ağ Ev yeni yalanlar və dezinformasiyalar vasitəsilə öz uğursuzluqlarının bədəlini ailələrin üzərinə atır və Tehranın hazırkı mövqeyi tamamilə özünümüdafiə mövqeyidir.

GÜNÜN MANŞETLERİ

BƏƏ-də İsrailin THAAD radarı məhv edilib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

BƏƏ-də İsrailin THAAD radarı məhv edilib

3/2/2026 1:00:01 PM
İran səfiri Azərbaycana təşəkkür edib
REGİON / İRAN

İran səfiri Azərbaycana təşəkkür edib

3/2/2026 11:47:56 AM