Əl-Əzhər İsveç məhsullarını boykot etməyə çağırıb

Əl-Əzhər İsveç məhsullarını boykot etməyə çağırıb
Yayınlanma tarixi: 1/26/2023 11:17:49 AM

Misirin əl-Əzhər Universiteti Hollandiya və İsveçdə Qurani-Kərimə qarşı edilən hörmətsizliyə cavab olaraq ərəb dünyası vətəndaşlarını və müsəlmanları bu iki ölkədə istehsal olunan məhsulları boykot etməyə çağırıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Misirin Əl-Əzhər Universiteti çərşənbə günü ərəb dünyası vətəndaşlarını və müsəlmanları bütün Hollandiya və İsveç mallarını boykot etməyə və Qurani-Kərimə dəstək üçün güclü və vahid mövqe nümayiş etdirməyə çağırıb.

Əl-Əzhərdən verilən açıqlamada bildirilib:

"Bütün Hollandiya və İsveç məhsullarına qoyulan embarqo bu iki ölkənin hökumətlərinin bir milyard yarım müsəlmanı təhqir etmələri və ifadə azadlığı adlandırdıqları qeyri-insanilik və əxlaqsızlıq bayrağı altında mənfur və qəddar cinayətləri dəstəkləməkdə israr etmələrinə layiqli cavabdır.". 

Əl-Əzhərdən verilən açıqlamada ərəb xalqlarının və İslam dünyasının bu sanksiyaya əməl etməli olduqları vurğulanıb:

"Bu dini övladlarınıza, gənclərinizə və qadınlarınıza tanıdın və bilin ki, bu məsələdə istəksizlik və ya etinasızlıq dinin müdafiəsində aşkar zəiflikdir.".

GÜNÜN MANŞETLERİ

Sabah yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq - PROQNOZ

3/21/2026 2:19:04 PM
Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA
REGİON / İRAN

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA

3/21/2026 1:10:59 PM