Krım körpüsü nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb

Krım körpüsü nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb
Yayınlanma tarixi: 7/17/2023 12:02:54 PM

Krım körpüsünün "fövqəladə vəziyyət"lə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı açıqlanıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın sözdə qubernatoru Sergey Aksenov verdiyi yazılı açıqlamada körpüdə təfərrüatları açıqlanmadığı fövqəladə vəziyyətin olduğunu bildirib.

Sözügedən fövqəladə vəziyyət səbəbindən körpünün nəqliyyat vasitələrinin hərəkətinə bağlandığını bildirən Aksenov "Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar işləyir" deyib

Rusiya sosial mediasında yayılan bəzi görüntülərdə körpüdən tüstünün qalxdığı görünür.

Bəzi KİV-lərdə Ukrayna ordusunun gecə saatlarında körpüyə raket hücumu təşkil etdiyi bildirilir.

Xatırladaq ki, 2022-ci ilin noyabrında körpüdə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub.

GÜNÜN MANŞETLERİ

İranda Milli Həmrəylik yürüşü keçiriləcək
REGİON / İRAN

İranda Milli Həmrəylik yürüşü keçiriləcək

1/11/2026 10:00:01 PM
İran Prezidenti xalqa müraciət etdi
REGİON / İRAN

İran Prezidenti xalqa müraciət etdi

1/11/2026 8:53:20 PM