Kral Çarlzın tacqoyma mərasiminin vaxtı bəlli olub

Kral Çarlzın tacqoyma mərasiminin vaxtı bəlli olub
Yayınlanma tarixi: 10/13/2022 12:46:03 PM

Bukingem Sarayı Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasiminin mayın 6-da Vestminster kilsəsində keçiriləcəyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, tarixi mərasimdə Əlahəzrət Kraliça Kamilla da həyat yoldaşı ilə birlikdə tac taxacaqlar.

Kral Çarlz anası Kraliça II Elizabetin ölümündən sonra ölkənin yeni hökmdarı oldu.

Qeyd edək ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub.
70 il hökm sürən Kraliça II Elizabet Böyük Britaniya tarixində “ən uzun müddət hökmranlıq edən monarx” tituluna sahib idi.
Kraliça II Elizabetin ölümündən sonra onun 73 yaşlı oğlu Çarlz taxta oturaraq İngiltərə kralı oldu.
Bukingem Sarayından bildirilib ki, mərasim ölkə tarixinin ənənələrinə əsaslanacaq, eyni zamanda monarxiyanın indiki rolunu, həm də gələcəyə baxışını əks etdirəcək.

GÜNÜN MANŞETLERİ

Pezeşkiyandan Trampa CAVAB
REGİON / İRAN

Pezeşkiyandan Trampa CAVAB

7/15/2026 11:01:51 AM
Duanın qəbul olması üçün 10 qayda
DİN

Duanın qəbul olması üçün 10 qayda

7/15/2026 11:00:01 AM
Ayətullah Xameneinin böyük oğlu: Qisas alınacaq!
REGİON / İRAN

Ayətullah Xameneinin böyük oğlu: Qisas alınacaq!

7/15/2026 10:12:00 AM