Kolumbiya ilə Venesuela arasında hərbi ittifaq qurulub

Kolumbiya ilə Venesuela arasında hərbi ittifaq qurulub
Yayınlanma tarixi: 24.04.2023 20:03:07

Kolumbiya ilə Venesuela arasında hərbi ittifaq qurulub.

Kolumbiya Prezidenti Qustavo Petro silahlı üsyançı təşkilat – Milli Azadlıq Ordusu (ELN) ilə mübarizə çərçivəsində Venesuela ilə hərbi ittifaq qurduğunu elan edib.

İslamazeri.com xəbər verir ki, sözügedən mövzu ilə bağlı Qustavo Petro deyib: “Kolumbiyada zorakılığın kökünün kəsilməsi üçün proses mərhələli şəkildə gedir. ELN dekabrda razılaşdırılmış atəşkəsi qəbul etmədi. Artıq Venesuela və Kolumbiya hərbi qüvvələri ittifaq olaraq hərəkət edir və ELN-nin mal varlığını geri alır”.

Kolumbiya mətbuatında çıxan xəbərlərə görə, iki qonşu ölkə arasında qurulan hərbi ittifaqla sərhəd xəttlərində də ortaq əməliyyatlar aparılır.

Qeyd edək ki, Kolumbiyada martın 29-da silahlı üsyançı təşkilat ELN-in hərbi bazaya hücumu nəticəsində 10 əsgərin həlak olmasından sonra ölkə prezidenti Qustavo Petro onların nümayəndə heyətini qəbul edəcəyini bildirmişdi. Meksikanın paytaxtı Mexiko şəhərində Kolumbiya hökumətinin barış heyəti ilə ELN nümayəndələri arasında danışıqların ikinci raundu ELN-nin siyasi statusunun tanınması ilə fevralın 14-də başa çatmışdı.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55