“İmam Hüseyn (ə) və Şərqşünaslıq” beynəlxalq elmi konfrans cari ayın 12-13 tarixində müqəddəs Kərbəla şəhərində keçiriləcək.
İraqın müqəddəs Kərbəla şəhərində “İmam Hüseyn (ə) və Şərqşünaslıq” mövzusunda və “İmam Hüseyn, Cahanşümulluq və əbədiyyət” devizi altında beynəlxalq konfrans keçirilir.
İslamazeri.com xəbər verir ki, “İmam Hüseyn (ə) və Şərqşünaslıq” beynəlxalq elmi konfrans cari ayın 12-13 tarixində müqəddəs Kərbəla şəhərində keçiriləcək.
Konfrans İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsinin tabeliyində olan “Varisul-Ənbiya” Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə üç dildə, yəni ərəb, ingilis və fars dilləri üzrə keçiriləcək.
Konfransa məqalələr təkcə bu üç dildə deyil, Fransız, rus və türk dilləri üzrə də qəbul edilib.
Şərqşünasların İmam Hüseynin (ə) şəxsiyyəti, Aşura qiyamı və onun əbədiliyi və cahanşümulluğu ilə bağlı ərsəyə gətirdikləri araşdırmaların tanıtdırılmasını hədəfləyən bu konfransda əsas doqquz istiqamət üzrə məqalələr verilib;
1- İmam Hüseyn (ə), onun Əhli-beyti və əshabı şərqşünasların düşüncəsində
2- Şərqşünasların İmam Hüseynin (ə) qiyamı haqda düşüncələri
3- Şərqşünasların İmam Hüseynin (ə) qiyamı haqda əsərləri və fəaliyyətləri
4- Şərqşünasların mövzu ilə bağlı mənbə və üslubları
5- Şərqşünasların yazılı irslər, o cümlədən məqtəllər və biblioqrafik əsərlər barədə fikirləri
6- Məhərrəmlik atributları ilə bağlı şərqşünasların nəzəri
7- Şərqşünasların İmam Hüseynin (ə) qiyamı haqda iradları və cavablar
8- Şərqşünasların İmam Hüseyn (ə) hərəkatının atribut və mədəniyyəti barədə fikirləri
9- İmam Hüseyn (ə) hərəkatı haqda şərqşünasların ədəbi və bədii əsər və araşdırmaları