Çıxışı zamanı Keniyanın xristian prezidenti azan səsini eşitdikdən sonra bir neçə dəqiqəlik sükut edib.
İslamazeri.com xarici mediasına xəbər verir ki, Keniya prezidenti Vilyam Ruto martın 6-da çıxışı zamanı azan səsini eşitdikdən sonra ona hörmət etmək üçün çıxışını yarımçıq kəsib.
Azan üç dəqiqə davam edib. Azan bitdikdən sonra prezident dinləyicilərin alqışları ilə “çox sağ olun” deyərək çıxışını davam etdirib.
Keniya prezidentlərinin azan səsinə hörmətlə yanaşmasının keçmişi var. 22 mart 2021-ci ildə Keniyanın keçmiş prezidenti Uhuru Kenyatta azan səsini eşitdikdən sonra Tanzaniyanın keçmiş prezidenti Con Maqofulinin dəfn mərasimindəki çıxışını yarımçıq kəsmişdi.
Kenyattanın işi Tanzaniya müsəlmanları tərəfindən müsbət qarşılanıb.
Keniyanın əhalisi təxminən 55 milyon nəfərdir və bu ölkə əhalisinin təxminən 11%-i müsəlmandır.