Mən bunun Amaleklə (Amaliqə) müharibəyə inanan bir ölkə (İsrail) ilə birgə əməliyyat olacağını başa düşmürdüm. İrana hücum qərarını verən hər kəs həbsdə oturmalıdır"
İslamazeri.com xəbər verir ki, bu sözləri amerikalı siyasi şərhçi Taker Karlson deyib.
Amerikalı mühafizəkar siyasi şərhçi, jurnalist və blogger Taker Karlson hesab edir ki, ABŞ Prezidenti Donald Tramp və Amerika administrasiyasının yüksək rütbəli rəhbərliyi İrana hücum qərarına görə məsuliyyətə cəlb edilməlidir.
Karlson bəyan edib:
"Siz müharibəni başlatmaqla ona nəzarət edə bilmirsiniz. Burada başqa oyunçular da var. Mən bunun Amaleklə müharibəyə inanan bir ölkə (İsrail) ilə birgə əməliyyat olacağını başa düşmürdüm. İrana hücum qərarını verən hər kəs həbsxanada oturmalıdır".
Karlson mütəmadi olaraq İsraili fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham edir və bu kontekstdə Tövratın "Amaleki məhv etmək" əmrinə istinad edir.