Kabildə çinli iş adamlarının olduğu otelə hücumu İŞİD öz üzərinə götürüb

Kabildə çinli iş adamlarının olduğu otelə hücumu İŞİD öz üzərinə götürüb
Yayınlanma tarixi: 12/13/2022 10:52:42 AM

Kabildə çinlilərin qaldığı otelə hücuma görə məsuliyyəti İŞİD-in Əfqanıstan qolu üzərinə götürüb.

İslamazeri.com xəbər verir ki, İŞİD terror təşkilatının Əfqanıstan qolu olan İŞİD-Xorasan tərəfindən bu gün verilən açıqlamada Kabildəki Longan otelinə edilən hücumun məsuliyyətinin üzərinə götürüldüyü bildirilib.

Xatırladaq ki, dünən Kabilin əsasən çinli iş adamlarının qaldığı Nav rayonunda mehmanxanaya silahlı və bombalı hücum edilib.

Taliban sözçüsü Zebihullah Mücahid saatlarla davam edən qarşıdurmalardan sonra verdiyi açıqlamada, otelə hücum edən 3 hücumçunun öldürüldüyünü bildirib.

Mücahid hücumun sona çatdığını, heç bir əcnəbinin həyatını itirmədiyini, lakin otelin eyvanından atılaraq qaçmağa çalışan iki əcnəbinin yaralandığını bildirib.

GÜNÜN MANŞETLERİ

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
DÜNYA / SİYASƏT

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb

2/14/2026 11:14:01 AM
Yol polisi sürücülərə xəbərdarlıq edib
ÖLKƏ / MÜXTƏLİF

Yol polisi sürücülərə xəbərdarlıq edib

2/14/2026 10:34:50 AM