İsveçdə Quranın yandırılmasına İstanbulda etiraz - FOTO

İsveçdə Quranın yandırılmasına İstanbulda etiraz - FOTO
Yayınlanma tarixi: 23.01.2023 11:32:51

Zeynəbiyədə İsveçin paytaxtı Stokholmda ifrat sağçı Rasmus Paludaninin Quranı yandırmasına etiraz olaraq aksiya keçirilib

İslamazeri.com xəbər verir ki, İstanbulun Halkalı bölgəsinin Zeynəbiyə məhəlləsində "Zeynəbiyə Hərəkatı və Gənclik Mərkəzi" (ZHGM)  İsveçin paytaxtı Stokholmda ifrat sağçı Rasmus Paludaninin Quranı yandırmasına etiraz əlaməti olaraq "Quran başımızın tacıdır" şüarı ilə etiraz aksiyası keçirib.
Yanvarın 22-si bazar günü günorta namazından sonra keçirilən mitinq "Zeynəbiyə" məscidi İmamı Əhəd Talanın Qurani-Kərim tilavəti ilə başlayıb.
Quran tilavətindən sonra qısa bir çıxış edən Talan; “Tarix boyu müqəddəs kitabımız Qurana qarşı hücumlar olub. Bunların heç biri uğurlu alınmayıb. İlahi kəlamımızı nə qədər aşağılamağa çalışsalar da, biz müsəlman və mömin olaraq Quranımızı həmişə qoruyacağıq. Quranımızın haqq kitab olduğunu bir daha gördük. Çünki Quran Allahın nuru və fitrəti ilə nazil olmuş bir kitabdır. Quran ilahi bir nur olduğu üçün onu heç kim söndürə bilməyəcək. Kitabımız qarşısında borcumuzu bu yolla yerinə yetirməyə çalışırıq", -deyə bildirib.
Sonra bəyanat oxunub.
Bəyanatda deyilir; “Bu Quran Allahın kəlamıdır və Ondan başqasının nazil edə biləcəyi bir kitab deyil. O, özündən əvvəlki İlahi kitabları təsdiq edən, Allahın hökmlərini açıqlayan, heç bir şəkk-şübhə olmayan və aləmlərin Rəbbindən gələn bir kitabdır.” “Yunus” surəsi, ayə 37.
Kainatdakı bütün canlılar üçün ən mükəmməl inanc olan müqəddəs İslam dininin kitabı olan Qurani-Kərimə qarşı edilən bu xain və alçaq hücumu ən sərt şəkildə qınayırıq. Bu hücum qarşısında İslam ümməti bir bədən kimi dayanaraq şiə və sünni demədən Qurana qarşı canlarını sipər etdi."

Bəyanatda insan haqları cəmiyyətləri də tənqid olunub.

Bəyanatın sonunda "Biz İslam Peyğəmbəri və Quran sevdalıları olaraq Halkalı Zeynəbiyədən bütün dünyaya nida edirik ki, qanımızın son damlasına qədər bu hücumlara qarşı olacağıq.", -deyə qeyd edilib.

Mətbuata təqdim olunan bəyanat oxunduqdan sonra mitinq başa çatıb.

FOTOLAR

GÜNÜN MANŞETLERİ