İsrailin hücumları nəticəsində 31 fələstinli həyatını itirib

İsrailin hücumları nəticəsində 31 fələstinli həyatını itirib
Yayınlanma tarixi: 12.05.2023 18:00:01

İsrailin hücumlarında 6-sı uşaq, 3-ü qadın olmaqla 31 fələstinlinin şəhid olduğu, 32-si uşaq, 17-si qadın olmaqla 93 fələstinlinin yaralandığı qeyd edilib.

Sionist İsrailin mayın 9-da blokadada olan Qəzza zolağına başlatdığı hücumlarda şəhid olan fələstinlilərin sayı 31-ə yüksəlib.

İslamazeri.com xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, sionist İsrailin hücumlarında 6-sı uşaq, 3-ü qadın olmaqla 31 fələstinlinin şəhid olduğu, 32-si uşaq, 17-si qadın olmaqla 93 fələstinlinin yaralandığı qeyd edilib.

Sionist rejimin Qəzza zolağının cənubuna hava hücumları bu gün də davam edib. İşğalçı İsrail ordusunun səhər saatlarında həyata keçirdiyi hava hücumunda fələstinli “Bəşir” ailəsinə məxsus bir ev tamamilə dağılıb.

Fələstin müqavimət qrupları isə hücumlara Qəzza zolağı sərhədindəki yəhudi işğalçı birləşmələrinə raket zərbələri endirərək cavab verib.

İşğalçı rejim ordusu qarşıdurmaların dördüncü günündə Qəzzadan işğal olunmuş ərazilərə 886 raket atıldığını açıqlayıb. İbrani mediası atəşkəsin zəruri olduğunu vurğulayaraq müharibəni davam etdirməyin Təl-Əvivin xeyrinə olmadığını bəyan edib.

GÜNÜN MANŞETLERİ