İsrail yenidən Suriyaya hava hücumu edib

İsrail yenidən Suriyaya hava hücumu edib
Yayınlanma tarixi: 29.04.2023 12:01:24

Suriya Müdafiə Nazirliyi İsrailin ölkənin Homs vilayətinə hava hücumu təşkil etdiyini bildirib.

İslamazeri.com xəbər verir ki, Suriya mətbuatının məlumatına görə, Müdafiə Nazirliyi sionist rejimin ölkənin Homs vilayətinə hava hücumu təşkil etdiyini bildirib.

Xəbərdə Suriyanın hava hücumundan müdafiə sistemlərinin düşmən raketlərinin əksəriyyətini vurmağa müvəffəq olduğu bildirilib. Hava hücumu nəticəsində 3 mülki şəxs yaralanıb.

Qeyd edək ki, İsrailin Suriyaya qarşı hava hücumları Dəməşq hökumətinin BMT-də çoxsaylı şikayətlərinə baxmayaraq, davam edir.

BMT Təhlükəsizlik Şurası və BMT-dəki digər məsul qurumlar hələ də Suriyadakı işğalçı rejimin təcavüzünün dayandırılması üçün heç bir addım atmayıb.

GÜNÜN MANŞETLERİ