İsrail Suriyaya yeni hücuma keçib.
İslamazeri.com xəbər verir ki, Suriya mediası İsrail qüvvələrinin Quneytra kəndindəki bir ərazini artilleriya atəşi ilə hədəf aldığını bildirib.
Suriya dövlət televiziyasının məlumatına görə, İsrailin qərbindəki Tel əl-Əhmər ərazisindəki mövqelərindən Quneytra kəndindəki şərqi Tel əl-Əhmər ərazisinə doğru üç artilleriya mərmisi atılıb.
Məruzədə bu hücumun İsrailin Suriya ərazisində davam edən hərbi fəaliyyətinin bir hissəsi olduğu bildirilir.
Suriya mediası şərhçiləri iddia edirlər ki, İsrail ölkənin cənubundakı əməliyyatları və mülki əhaliyə qarşı müdaxilələri ilə 1974-cü il atəşkəs müqaviləsini pozmağa davam edir.
Quneytra administrasiyası dəfələrlə İsrail qüvvələrinin Suriya ərazisindən çıxarılmasına çağırıb.