İsrail Suriya ərazilərini helikopterlər və artilleriya qurğularından intensiv atəşə tutub

İsrail Suriya ərazilərini helikopterlər və artilleriya qurğularından intensiv atəşə tutub
Yayınlanma tarixi: 6/29/2026 12:16:40 PM

İsrail Suriya ərazilərini helikopterlər və artilleriya qurğularından intensiv atəşə tutub.

İslamazeri.com xəbər verir ki, İsrail Suriya ərazilərini helikopterlər və artilleriya qurğularından intensiv atəşə tutub.

“SANA” agentliyinin verdiyi məlumata görə, hücum nəticəsində yaşayış məntəqələrinə və kənd təsərrüfatı sahələrinə ciddi maddi ziyan dəyib. Can itkisi və ya yaralananlar barədə hələlik rəsmi məlumat daxil olmasa da, təhlükəsizlik səbəbindən bəzi mülki şəxslər evlərini tərk edərək qonşu kənd və qəsəbələrə köçmək məcburiyyətində qalıb.

Hazırda İsrailə məxsus döyüş təyyarələri və helikopterlərinin Dəra və Quneytra çölləri üzərində kəşfiyyat uçuşlarını davam etdirdiyi bildirilir.

Hadisədən bir gün əvvəl İsrailin hərbi maşınları “Əl-Cəzirə” hərbi postundan hərəkət edərək Abidin kəndinə daxil olub. Kənd sakinləri İsrail qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün yolları daşlarla bağlayıb. Cavab olaraq İsrail əsgərləri mülki şəxslərə doğru atəş açıb və Yərmuk hövzəsi səmasında işıqlandırıcı fişənglərdən istifadə edərək ərazidən geri çəkilib.

Bundan əlavə, İsrail qüvvələrinin bazar günü səhər saatlarında Abidin kəndinin qərbindəki Əl-Mağr təpəsində çadırlar qurduğu, lakin bir müddət sonra oradan da geri çəkildiyi qeyd olunub.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/29/2026 12:50:01 PM
Pakistan-Əfqanıstan sərhədində gərginlik artır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pakistan-Əfqanıstan sərhədində gərginlik artır

6/29/2026 12:16:20 PM