İsrail qüvvələri fələstinlilərə hücumlarını davam etdirir

İsrail qüvvələri fələstinlilərə hücumlarını davam etdirir
Yayınlanma tarixi: 16.05.2023 16:57:58

İsrail qüvvələri Yerixoda Əqabə Cabr Qaçqınlar Düşərgəsinə basqın edib.

İslamazeri.com xəbər verir ki, basqın zamanı sionist rejim qüvvələri tərəfindən həqiqi güllə ilə vurulan bir fələstinli xəstəxanaya aparılıb.

Yaralı fələstinliyə müdaxilə etmək istəyən ilk yardım qruplarının qarşısını alan işğalçı rejim qüvvələri, qaçqın düşərgəsində 3-ü eyni ailədən olan 5 fələstinlini nəzarətə götürüb.

Sionist qüvvələr həmçinin Beytül-Müqəddəs şəhərinin müxtəlif bölgələrinə basqın edərək, 4 fələstinlini həbs edib, Ramallahın Kaddura Qaçqınlar Düşərgəsi və Turmusaya qəsəbəsinə basqın edib, Kaddura Qaçqınlar Düşərgəsində 2 fələstinlini və Turmusayada bir fələstinlini həbs ediblər.

İşğalçı rejim qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə də basqın edərək 3 fələstinlini yaralayıb.

GÜNÜN MANŞETLERİ