İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 20 fələstinlini saxlayıb.
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 20 fələstinlini saxlayıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstin Əsirlər Dərnəyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin səhər saatlarında Fələstinin müxtəlif şəhərlərində basqınlar təşkil etdiyi bildirilib.
Açıqlamada edilən həmin basqınlar nəticəsində 15-i Ramallah və Əl-Bire şəhərlərindən olmaqla 20 fələstinlinin saxlanıldığı bildirilib.
Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri həbs edir.