İsrail Qəzzada mülki insanları öldürməyə davam edir

İsrail Qəzzada mülki insanları öldürməyə davam edir
Yayınlanma tarixi: 4/15/2026 1:25:10 PM

İsrail Qəzzada mülki insanları öldürməyə davam edir.

İslamazeri.com xəbər verir ki, atəşkəsə baxmayaraq, soyqırımçı İsrailin son 48 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrinə hücumları nəticəsində 16 nəfər şəhid olub.

Xəstəxana mənbələrindən alınan məlumata görə, qatil İsrail ordusu Qəzza şəhərinin qərbindəki Şati qaçqın düşərgəsinə hava hücumu həyata keçirib.

Hücum nəticəsində 5 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb.

Günün əvvəlində baş verən hücumda qatil İsrail ordusu Qəzza şəhərinin şərqində polis maşınını pilotsuz təyyarə ilə bombalayıb, nəticədə biri uşaq olmaqla 4 fələstinli həlak olub, bir çox insan yaralanıb.

Cəbəliya Beled bölgəsindəki məcburi köçkünlərin yaşadığı Halave qaçqın düşərgəsində 14 yaşlı Adam Halave İsrail əsgərlərinin atəş açması nəticəsində şəhid olub.

Soyqırımçı İsrailin bu gün Qəzzaya hücumlarında şəhid olanların sayı 2-si uşaq olmaqla 10-a çatıb.

Dünən qatil İsrail ordusu Qəzza zolağına hücumlarında 6 fələstinlini öldürüb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında ən azı 757 nəfər şəhid olub, 2111 nəfər yaralanıb.

2023-cü ilin oktyabr ayından bəri sionist İsrailin Qəzza zolağına hücumlarında 72 mindən çox fələstinli şəhid olub, 172 mindən çox insan yaralanıb.

GÜNÜN MANŞETLERİ

Azərbaycan neftinin qiyməti BAHALAŞDI
İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti BAHALAŞDI

4/17/2026 10:37:50 AM
ABŞ Suriyadakı 10 illik hərbi mövcudluğuna son qoyub
DÜNYA / MARAQLI

ABŞ Suriyadakı 10 illik hərbi mövcudluğuna son qoyub

4/17/2026 10:11:49 AM
Livan və İsrail arasında 10 günlük atəşkəs elan edilib
DÜNYA / SİYASƏT

Livan və İsrail arasında 10 günlük atəşkəs elan edilib

4/17/2026 10:00:37 AM