İsrail Portalı: Diplomatik duel - İranın qələbəsi ilə başa çatdı

İsrail Portalı: Diplomatik duel - İranın qələbəsi ilə başa çatdı
Yayınlanma tarixi: 2/10/2026 12:37:01 PM

Bu həftə ABŞ və İran arasında baş verən diplomatik duel, hələlik, İranın qələbəsi ilə nəticələndi.

İslamazeri.com xəbər verir ki, bu barədə İsrailin "Zman" Portalı məqalə dərc edib.

Məqalədə deyilir ki, Tehran danışıqların yalnız nüvə məsələsi ilə məhdudlaşmasını tələb etdi və Vaşinqtonun və İsrailin istədiyi kimi regional proksi qüvvələr və ballistik raket proqramının müzakirəyə çıxarılmasına qarşı çıxdı. Nəticədə danışıqlar iranlıların tələb etdiyi kimi Omanda və ilkin formatda keçirildi.

İsraildə şərhçilər artıq döyüş həyəcanı təbilini çalmağa başladılar və mümkün hücuma görə yüksək hazırlıq elan etdilər. Bu isə bir çox israillinin sığınacaqlarda yatmasına və ya panikaya düşməsinə səbəb oldu. Lakin görünür ki, hələlik ABŞ-da diplomatiyaya bir şans da verməyə üstünlük verirlər. Bu, Omanda 12 günlük müharibədən əvvəl keçirilmiş və uğursuz olmuş danışıqlar raundlarına baxmayaraq baş verir.

Bu həftə ABŞ və İran arasında baş tutan diplomatik duel, hələlik, İranın qələbəsi ilə yekunlaşdı: Tehran yalnız nüvə məsələsini müzakirə etmək tələbi irəli sürdü, regional proksi qüvvələr və ballistik raket proqramını gündəmdən kənarda saxladı – və istədiyini əldə etdi.

Donald Tramp iranlı etirazçılara “yardım yoldadır” deyə vəd verdikdən sonra, Fars körfəzindəki Amerika yumruğu daha ağır və real hala gəldi. Görünür, Tramp bu sözləri tvit edərkən, ABŞ qüvvələri hərbi əməliyyata hazır deyildi.

İndi əsas sual budur: Trampın öyündüyü “dünyanın ən gözəl armadası” həqiqətənmi genişmiqyaslı hücum üçün kifayətdir və nəticədə İran rejimi çökə bilərmi? “Səhrada Fırtına” əməliyyatı zamanı – kiçik Küveytin azad edilməsi üçün – beynəlxalq koalisiya çərçivəsində təxminən bir milyon əsgər səfərbər edilmiş və 35 ölkə iştirak etmişdi. Hazırda isə belə bir vəziyyət yoxdur.

Bu məqamı İranda rejim dəyişikliyi ideyasına vurğun olan hər kəsə daim xatırlatmaq vacibdir. Reallıqda bu məqsədə çatmaq üçün ABŞ-a “gözəl bir armada”dan qat-qat artıq güc lazım olacaq.

Əlbəttə, Tramp yalnız hakimiyyət simvollarına və bir neçə hərbi bazaya (və ya nüvə obyektlərinə) zərbə endirməklə də kifayətlənə bilər. Lakin belə bir addım onu əsas məqsədə – Tehranda hakimiyyət dəyişikliyinə – yaxınlaşdırmayacaq. Hətta bu, ABŞ-ın İran və Yaxın Şərqdəki digər oyunçular qarşısındakı çəkindirmə gücünü zəiflədə bilər.

GÜNÜN MANŞETLERİ