İsrail Livanda günahsız insanları bombalayır.
İsrail ordusu Livanda günahsız insanları bombardman edərək qətlə yetirməyə davam edir.
İslamazeri.com xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi əhali arasındakı qurbanlar barəsində məlumat yayıb.
Qeyd edilib ki, İsrail 2 mart tarixindən bəri 2 727 dinc livanlını qətlə yetirib, 8 438 nəfəri isə yaralayıb.
Ötən gün ərzində isə 15 nəfəri öldürüb, 85 nəfərə isə xəsarətlər yetirib.
Xatırladaq ki, İsrail 8 aprel tarixində 1 gün ərzində 357 günahsız Livan sakinini qətlə yetirib, 1 223-nü isə yaralayıb.