İsrail Livana hücum etdi: Ölən var

İsrail Livana hücum etdi: Ölən var
Yayınlanma tarixi: 12/22/2025 2:49:47 PM

2024-cü ilin noyabr ayında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livanın cənubuna hücumlarını davam etdirir.

İslamazeri.com xəbər verir ki, Livan mətbuatında yer alan xəbərlərə görə, sərhəd yaxınlığındakı Yater şəhərində bir nəqliyyat vasitəsi İsrail pilotsuz təyyarəsi tərəfindən hədəfə alınıb.

Əl-Mayadin televiziyası pilotsuz təyyarənin hücumu nəticəsində bir nəfərin öldüyünü bildirib.

Livan hakimiyyəti hələlik hücumla bağlı açıqlama verməyib.

Bu arada, İsrail ordusu Yater şəhərinə iki ayrı hava hücumu həyata keçirildiyini bildirib.

GÜNÜN MANŞETLERİ