İsrail Fələstin torpaqlarında yeni ilhaq planlarını təsdiqləyib

İsrail Fələstin torpaqlarında yeni ilhaq planlarını təsdiqləyib
Yayınlanma tarixi: 2/9/2026 3:29:51 PM

Yeni qaydalara Fələstin torpaqlarının İsrail köçkünlərinə satışının asanlaşdırılması və Fələstin administrasiyası altındakı ərazilərdə İsrail hakimiyyət orqanlarının səlahiyyətlərinin artırılması daxildir. Fələstin prezidenti Mahmud Abbas bu qərarı "təhlükəli" və "de-fakto ilhaq" adlandırıb.

İslamazeri.com xəbər verir ki, İsrail təhlükəsizlik kabineti işğal olunmuş Qərb Şəriyəsində İsrailin inzibati və təhlükəsizlik səlahiyyətlərini genişləndirən genişmiqyaslı qərarlar seriyasını təsdiqləyib.

Qərar paketinin Fələstin mülkiyyətində olan torpaqların İsrail köçkünlərinə satışının asanlaşdırılması və İsrail hakimiyyət orqanlarına əvvəllər Fələstin nəzarəti altında olan ərazilərdə yeni müdaxilə səlahiyyətlərinin verilməsi bildirilir.

Qaydalar 1967-ci ildən bəri işğal olunmuş Qərb Şəriyəsində məskunlaşma fəaliyyətinin sürətləndirilə biləcəyi və İsrail nəzarətinin institusional olaraq dərinləşdirilə biləcəyi ilə bağlı müzakirələrə səbəb olub. Fələstin tərəfi və bəzi beynəlxalq aktyorlar bu addımları "de-fakto ilhaq" adlandırsalar da, İsraildəki köçkün nümayəndələri qərarı dəstəkləyiblər.

Fələstin prezidenti Mahmud Abbas qərarı "təhlükəli" və "qanunsuz" adlandırıb və ABŞ prezidenti Donald Trampa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müdaxilə etməyə çağırıb. İordaniya Xarici İşlər Nazirliyi də yeni qaydaları "beynəlxalq hüququn açıq şəkildə pozulması" kimi qiymətləndirib.

Fələstinli qrup olan Həmas bu qərarı "hərtərəfli ilhaq planının bir hissəsi" kimi təsvir edib.

GÜNÜN MANŞETLERİ

İranda rejim dəyişikliyi boş xəyaldır - Hakan Fidan
REGİON / TÜRKİYƏ

İranda rejim dəyişikliyi boş xəyaldır - Hakan Fidan

2/10/2026 12:44:11 AM
Deputat Fəzail Ağamalı vəfat edib
ÖLKƏ / SİYASƏT

Deputat Fəzail Ağamalı vəfat edib

2/9/2026 8:37:48 PM
Komitə sədri icra başçısı oldu
ÖLKƏ / SİYASƏT

Komitə sədri icra başçısı oldu

2/9/2026 5:44:20 PM
Azərbaycanda pensiyalar artırılır - RƏSMİ
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiyalar artırılır - RƏSMİ

2/9/2026 5:34:02 PM
İsrail Fələstin torpaqlarında yeni ilhaq planlarını təsdiqləyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Fələstin torpaqlarında yeni ilhaq planlarını təsdiqləyib

2/9/2026 3:29:51 PM