İsrail əsgərləri Qərb sahilində 3 silahsız fələstinlini qətlə yetirdi

İsrail əsgərləri Qərb sahilində 3 silahsız fələstinlini qətlə yetirdi
Yayınlanma tarixi: 12/8/2022 6:00:11 PM

İsrail qüvvələri başlatdığı atışma nəticəsində İordan çayının Qərb sahilində 3 fələstinlini qətlə yetirib.

İslamazeri.com AA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.

İnsident bu gün səhər saatlarında Cənin şəhərində baş verib.

Həyatlarını itirənlərin kimlikləri hələ açıqlanmayıb.

Məlumata əsasən, fələstinlilər silahsız olublar.

Həmçinin İsrail qüvvələrinin avtomobilləri atəşə tutması nəticəsində də çox sayda fələstinli xəsarət alıb.

Bundan başqa, Qərb sahilində 15 fələstinli də tutulub.

BMT-nin məlumatlarına əsasən, 2022-ci ildə “İordan çayının Qərb sahilindəki ən qanlı il” kimi qeyd edilib.

2022-ci ilin 29 noyabr tarixinədək cari ildə 205 fələstinli qətlə yetirilib – 153 qətl Qərb sahilində, 52 qətl isə Qəzza sektorunda. Qətlə yetirilən fələstinlilərin 47-si yetkinlik yaşına çatmayanlardır.

GÜNÜN MANŞETLERİ

Ayətullah Xamenei: Bunu qadağan edirəm!
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Xamenei: Bunu qadağan edirəm!

1/17/2026 5:39:57 PM
Sabah Bakıya sulu qar yağacaq
ÖLKƏ

Sabah Bakıya sulu qar yağacaq

1/17/2026 1:10:01 PM
İslamda qonşuluq haqqı
DİN

İslamda qonşuluq haqqı

1/17/2026 11:21:15 AM