“İslam səkkizliyi”ndən Türkiyədəki zəlzələlərlə bağlı birgə bəyanat

“İslam səkkizliyi”ndən Türkiyədəki zəlzələlərlə bağlı birgə bəyanat
Yayınlanma tarixi: 23.02.2023 16:07:11

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına (“İslam səkkizliyi”) üzv olan ölkələr Türkiyədəki dağıdıcı zəlzələlər bağlı birgə bəyanatla çıxış edib.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına (“İslam səkkizliyi”) üzv olan ölkələr Türkiyədəki dağıdıcı zəlzələlər bağlı birgə bəyanatla çıxış edib.

Qeyd edək ki, “D-8”-ə Türkiyə ilə yanaşı, Nigeriya, Misir, İran, Pakistan, Banqladeş, Malayziya və İndoneziya daxildir.

Təşkilat təbii fəlakət zamanı həyatını itirənlərlə bağlı başsağlığı verib və xəsarət alanların tez bir zamanda sağalmalarını arzu edib.

Belə bir çətin zamanda biz öz əməkdaşlığımızı genişləndirdik. Türkiyə xalqının həmrəyliyinin şahidi olduq, Türkiyənin bərpa və rekonstruksiya prosesini uğurla başa çatdıracağına şübhə etmirik“, – deyə qeyd edilib.

Bəyanatda deyilir ki, D-8 ölkələri Türkiyənin təbii fəlakət nəticələrinin fəsadlarının aradan qaldırılması istiqamətindəki səylərini dətəkləyəcək.

Həmçinin D-8 ölkələrinin əksəriyyətində təbii fəlakətlərin baş verdiyini nəzərə alaraq, təbii fəlakətlər və onların nəticələri ilə mübarizə zamanı yardımla bağlı birgə mexanizmin yaradılmasının zərurəti vurğulanıb.

Bəyanat “D-8” komissiyasının İstanbulda keçirilən 46-cı iclası zamanı Türkiyə hökuməti və xalqı ilə həmrəylik əlaməti olaraq dərc edilib.

GÜNÜN MANŞETLERİ