İŞİD İraqda polisləri hədəfə aldı, ölənlər var

İŞİD İraqda polisləri hədəfə aldı, ölənlər var
Yayınlanma tarixi: 1/31/2022 5:45:36 PM

İraqın Kərkük şəhərində terror təşkilatı İŞİD-in federal polis qüvvələrinə qarşı həyata keçirdiyi hücum nəticəsində 2 polis əməkdaşı həlak olub.

İslamazeri.com xəbər verir ki, Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri şəhərin cənubundakı Ər-Riyad qəsəbəsi yaxınlığında İraq federal polisinə məxsus müşahidə məntəqəsinə silahlı hücumun təşkil edildiyini açıqlayıb.

Ə.Nuri hücumun terror təşkilatı İŞİD tərəfindən Əhməd ət-Təyyar kəndi yaxınlığındakı müşahidə məntəqəsində həyata keçirildiyini, yüngül silahların atıldığı hücum nəticəsində 2 polisin öldüyünü, 1 polisin isə ağır yaralandığını bildirib. 

Hücumdan sonra təhqiqat başladıldığını qeyd edən Nuri yaxın zamanda bölgədə əməliyyata başlanılacağını qeyd edib.

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM