İsfahandakı terrorla bağlı YENİ DETALLAR

İsfahandakı terrorla bağlı YENİ DETALLAR
Yayınlanma tarixi: 4/19/2024 12:20:27 PM

İsfahanda partlayış səsinin mikro hava vasitəsinin məhv olması nəticəsində yarandığı öyrənilib

Islamazeri.com xəbər verir ki, bu gün səhər tezdən İranın İsfahan əyalətində çoxlu partlayış səsləri eşidilib. Partlayış səsinin mikro hava vasitəsinin məhv olması nəticəsində yarandığı öyrənilib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, səhər saat 4:00 radələrində İsfahan əyalətinin şimal və şərq bölgələrində partlayış səsi eşidilib.

O, partlayış səsinin hava hücumundan müdafiə sistemlərinin atəşi nəticəsində yarandığını düşünür.

Hələlik dağıntı olub-olmaması barədə məlumat verilməyib.

Mehr Xəbər Agentliyinə məlumat verən mənbə bildirib ki, partlayış səsi İsfahan səmasında üç mikro hava vasitəsinin məhv edilməsi nəticəsində yaranıb.

Mənbə mikro hava vasitələri ilə bağlı hələlik məlumatın olmadığını və qalıqlarda axtarış işlərinin davam etdiyini bildirib.

Cümə günü həmçinin Təbrizin Vadi-e-Rəhmət bölgəsindəki hava hücumundan müdafiə sistemlərinin şübhəli uçan obyektə atəş açdığı bildirilib.

 

 

GÜNÜN MANŞETLERİ

Kazimeyndə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kazimeyndə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:28:13 AM
Nəcəfül Əşrəfdə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Nəcəfül Əşrəfdə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:16:13 AM
Kərbəlada Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kərbəlada Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:08:49 AM