İraqın Baş naziri sabah İrana səfər edəcək

İraqın Baş naziri sabah İrana səfər edəcək
Yayınlanma tarixi: 28.11.2022 13:02:15

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib.

İslamazeri.com xəbər verir ki, Kənani ABŞ rəsmilərinin İranın sionist rejimə məxsus ticarət gəmisinə hücum etməsi ilə bağlı iddialarını ittiham kimi qiymətləndirib.

Nasir Kənani deyib: "İranın etmək istədiyi məsələlərdə hərəkətə keçmək və etdiklərinə görə məsuliyyət daşımaq cəsarəti var".

Kenani həmçinin bildirib ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İran prezidenti İbrahim Rəisinin dəvəti ilə sabah Tehrana gələcək.

O, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının İranla bağlı xüsusi iclas keçirməsini tənqid edərək, "Belə addımlar insan haqlarının təşviqinə kömək etmir və yalnız insan haqları mexanizmlərinin statusunu aşağı salır", - deyə qeyd edib.

GÜNÜN MANŞETLERİ