İraqda qum fırtınası yüzlərlə adamı xəstəxanaya salıb.
Aprelin 1-dən bəri İraqda davam edən qum fırtınası səbəbindən 500-dən çox adam xəstəxanaya yerləşdirilib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İraq Səhiyyə Nazirliyinin sözçüsü Seyf əl-Bədirin verdiyi məlumata görə, başda paytaxt Bağdad olmaqla, ölkə daxilində ümumilikdə 515 nəfər nəfəs darlığı və boğulma şikayətləri ilə xəstəxanalara müraciət edib. Xəstəxanaya aparılanlar müayinə və müalicə olunub. Mümkün yeni hallara qarşı görülən tədbirlər çərçivəsində təcili yardım və tibbi qruplar səfərbər edilib. Xəstəxanalara müraciət edənlərin əksəriyyəti evə buraxılıb və ölüm halı qeydə alınmayıb.