İraqda leysan yağışlar nəticəsində baş verən daşqınlardan sonra 3 şəhərdə rəsmi tətil elan edilib.
İslamazeri.com xəbər verir ki, quraqlıqdan əziyyət çəkən ölkələrdən biri olan İraqda dünən ölkə daxilində təsirli olan güclü yağışlar sel və daşqınlara səbəb olub.
Bəzi şəhərlərdə leysan yağışlar nəticəsində kənd təsərrüfatı sahələrinə ziyan dəyib.
Rəsmilər xüsusilə ölkənin cənubunda yağan dolunun 30 sotdan çox kənd təsərrüfatı sahəsinə ziyan vurduğunu və zərərin təxminən 1,5 milyon dollar olduğunu bildirib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Ənbar, Zikar və Divaniyyə şəhərlərində rəsmi tətil elan edilərkən, tətil qərarının vətəndaşların təhlükəsizliyini təmin etmək üçün qəbul edildiyi vurğulanıb.
Səhiyyə ocaqlarının rəsmi tətil qərarına daxil olmadığı bildirilib.