İraq təhlükəsizlik qüvvələri Kərkükdə İŞİD-ə qarşı əməliyyata başlayıb

İraq təhlükəsizlik qüvvələri Kərkükdə İŞİD-ə qarşı əməliyyata başlayıb
Yayınlanma tarixi: 8.12.2022 13:23:30

İraq təhlükəsizlik qüvvələri Kərkük şəhərinin cənubunda olduğu aşkarlanan İŞİD terrorçularına qarşı əməliyyata başlayıb.

İslamazeri.com xəbər verir ki, Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri verdiyi açıqlamada, əməliyyatın Havice rayonunun Küçük Yorgun, Böyük Yorgun, Hamidiye və Maliha kəndləri, həmçinin Hasa, Əl-Cənabi və Əl-Yorgun vadiləri yaxınlığında aparıldığını, İraq hava qüvvələrinin dəstəklədiyi əməliyyatda Haşdi Şabinin də yer aldığını qeyd edib. 

Terror təşkilatı İŞİD 2014-cü ilin iyun ayında İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərinin tamamı ilə Diyala və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da təşkilat üzərində qələbə qazandığını elan edib.

İŞİD-in bölgədən qovulmasından və şəhərlərin geri alınmasından 5 il keçməsinə baxmayaraq, qruplaşmanın hücumları xüsusilə Kərkük, Diyalə, Mosul, Səlahəddin və Ənbar vilayətlərinin kənd yerlərində davam edir.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43