İraq prezidenti İrana səfər edəcək

İraq prezidenti İrana səfər edəcək
Yayınlanma tarixi: 4/24/2023 12:08:14 PM

İraq prezidenti İrana səfər edəcək.

İraqın xarici işlər naziri Fuad Hüseyn prezident Əbdüllətif Rəşidin tezliklə Tehrana səfər edəcəyini açıqlayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə İraqın xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı olub.

Danışıq zamanı nazirlər bir-birinə Fitr bayramı münasibətilə qarşılıqlı təbriklərini çatdırıblar.

Nazirlər bir çox mövzular, xüsusilə ikitərəfli əlaqələr, regionda baş verənlər, regionda təhlükəsizlik və sabitliyin əhəmiyyəti, terrorla mübarizə mövzularında fikir mübadiləsi aparıblar.

İraqın xarici işlər naziri Tehran və Ər-Riyad arasında əlaqələrin bərpasından məmnunluğunu ifadə edib.

Fuad Hüseyn İraq prezidenti Əbdüllətif Rəşidin yaxın vaxtlarda İrana səfər edəcəyini də açıqlayıb.

GÜNÜN MANŞETLERİ

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
ÖLKƏ / MÜNASİBƏT

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

8/18/2026 2:15:08 PM
Sabah dörd şəhər və rayonda qaz olmayacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

8/18/2026 1:07:40 PM