İraq hökuməti İsveç səfirinin ölkəni tərk etməsini istəyib

İraq hökuməti İsveç səfirinin ölkəni tərk etməsini istəyib
Yayınlanma tarixi: 21.07.2023 11:24:25

İraq hökuməti İsveçin Bağdaddakı səfirindən ölkəni tərk etməsini istəyib.

İslamazeri.com xəbər verir ki, İraqın rəsmi agentliyi olan İNA-nın xəbərinə görə, Bağdad rəhbərliyi İsveç səfiri Cessika Svardstroma İsveçdə Qurani-Kərimə edilən hücumlara görə ölkəni tərk etməli olduğunu bildirib.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də Xarici İşlər Nazirliyinə İsveçin İraqdakı səfirliyinin müvəqqəti işlər vəkilini geri çağırmağı tapşırıb.

GÜNÜN MANŞETLERİ