İranlı rəsmi: Fələstin xalqı mütləq qələbə qazanacaq!

İranlı rəsmi: Fələstin xalqı mütləq qələbə qazanacaq!
Yayınlanma tarixi: 19.01.2023 13:45:53

"Qəzza xalqının qələbəsi Uca Allahın vədidir".

İran Ekspertlər Məclisinin sədri Ayətullah Əhməd Cənnəti bildirib ki, Fələstin xalqının sionistlərə qarşı mübarizəsi yekun qələbə ilə nəticələnəcək.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Ayətullah Cənnəti deyib:

"Qəzza xalqının qələbəsi Uca Allahın vədidir və sionistlərə qarşı bu müqavimət və mübarizə mütləq yekun qələbə ilə nəticələnəcəkdir.

İsrail rejiminin zülmünə görə dünyanın bütün azad insanları məsuliyyət daşıyır və bütün bu qəddarlıq və qətllər qarşısında hərəkətsizliyə heç bir şəkildə haqq qazandırmaq olmaz".

GÜNÜN MANŞETLERİ