İranlı rəsmi: ABŞ ilə atəşkəsin uzadılması qətiyyən bizim xeyrimizə deyil

İranlı rəsmi: ABŞ ilə atəşkəsin uzadılması qətiyyən bizim xeyrimizə deyil
Yayınlanma tarixi: 4/16/2026 11:04:01 AM

İranlı rəsmi: ABŞ ilə atəşkəsin uzadılması qətiyyən bizim xeyrimizə deyil

İslamazeri.com xəbər verir ki, İranın Məsləhət Şurasının üzvü Möhsün Rzayi ABŞ ilə əldə edilən atəşkəs barədə şərh verib.

İran dövlət televiziyasına danışan Rzayi bunun qəti atəşkəs kimi deyil, "hərbi sükut" kimi qəbul edilməli olduğunu bildirib və əlavə edib:

"Atəşkəsin uzadılması qətiyyən bizim xeyrimizə deyil. Bu, mənim şəxsi fikrimdir. Təzyiq əhəmiyyətli dərəcədə artırılmalıdır. Hazırda raket buraxıcılarımız düşmən gəmilərinə bağlanıb və biz onların hamısını batıracağıq."

İnqilab Keşikçilərinin keçmiş komandiri Rzayi həmçinin vurğulayıb ki, atəşkəsin mənalı olması üçün bütün razılaşmalar həyata keçirilməli, İranın hüquqları tanınmalı və proses Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edilməlidir.

GÜNÜN MANŞETLERİ

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib
ÖLKƏ / MÜNASİBƏT

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib

6/11/2026 5:25:22 PM
Hizbullah CNN-in iddialarını rədd edib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah CNN-in iddialarını rədd edib

6/11/2026 4:00:47 PM
Vens: Netanyahu davamlı səhvlər edir
DÜNYA / MARAQLI

Vens: Netanyahu davamlı səhvlər edir

6/11/2026 1:26:15 PM