İranlı komandan xəbərdarlıq etdi: Sığınacaqlarınızı hazırlayın!
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəvi düşmənlərə təəccüblü bir xəbərdarlıq etdi.
Xəbərə görə, Musəvi fars, ərəb və ivrit dillərində verdiyi açıqlamada deyib:
“Tezliklə...
Sığınacaqlarınızı hazırlayın.”
Dünən Musəvi şəxsi heyətin əhval-ruhiyyəsini yüksəltmək üçün sahə səfəri çərçivəsində raket buraxıcılarını idarə edən bölmələri ziyarət edib.
Qeyd edək ki, “Ramazan müharibəsi” zamanı İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri İranın hərbi çəkindirmə və cavab vermə qabiliyyətlərinin ən vacib elementlərindən biri kimi ortaya çıxıb. Bu qüvvə kritik anlarda əməliyyat hazırlığının qorunmasında və ölkənin raket imkanlarının idarə olunmasında həlledici rol oynayıb.