İranlı deputatdan Ukraynaya xəbərdarlıq

İranlı deputatdan Ukraynaya xəbərdarlıq
Yayınlanma tarixi: 3/14/2026 8:16:40 PM

İranlı deputat Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 51-ci maddəsinə əsasən bütün Ukrayna ərazilərini İran üçün qanuni hərbi hədəf halına gətirdiyini qeyd edib.

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi, İsrail rejiminə pilotsuz uçuş aparatı (PUA) dəstəyi verən Ukraynanın İran üçün "legitim hədəfə" çevrildiyini bəyan edib.

Əzizi vurğulayıb ki, Kiyev rəhbərliyi bu addımı ilə münaqişələrə faktiki olaraq daxil olub. İranlı rəsmi "X" platforması vasitəsilə paylaşdığı rəsmi ismarıcında "uğursuz" adlandırdığı Ukrayna rəhbərliyinin İsrail rejiminə PUA tədarük edərək müharibədə birbaşa iştirak etdiyini, bu vəziyyətin isə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 51-ci maddəsinə əsasən bütün Ukrayna ərazilərini İran üçün qanuni hərbi hədəf halına gətirdiyini qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin daha əvvəl bölgəyə İrana qarşı istifadə olunmaq məqsədilə PUA sistemləri və mütəxəssis qruplar göndərdiklərinə dair verdiyi rəsmi bəyanat Tehran tərəfindən bu təhdidin konkret və hüquqi əsası kimi qəbul edilir.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM