İranın vurduğu Mişmar Haşiva İsrail üçün niyə əhəmiyyətlidir?

İranın vurduğu Mişmar Haşiva İsrail üçün niyə əhəmiyyətlidir?
Yayınlanma tarixi: 3/18/2026 10:00:01 PM

Bu gün İsrailin hücumlarına cavab olaraq bir çox medianın diqqətindən yayınan Mişmar Haşivaya qarşı əməliyyat sionist rejim üçün böyük bir problem yaradlır

İslamazeri.com  bu strateji bölgənin strateji olmasının səbəbini araşdırıb.

Mişmar Haşiva niyə hədəf olub?

1. Hava Limanının Giriş Qapısı
Mişmar Haşiva Ben Qurion Hava Limanının qərb tərəfindəki "təhlükəsizlik buferi" sayılır. Hava limanına gedən əsas magistral yolların kəsişməsində yerləşir. Orada baş verən hər hansı ciddi hadisə və ya yanğın hava limanına gedən yolu bağlaya və logistikanı iflic edə bilər.
2. Magistral Yolların Qovşağı (Şapira Qovşağı)
Bu ərazi İsrailin ən mühüm iki yolu olan 1 nömrəli (Qüds-Təl-Əviv) və 4 nömrəli (Şimal-Cənub) magistrallarının birləşdiyi nöqtəyə çox yaxındır. Bu yollarda hərəkətin dayanması ölkənin nəqliyyat sistemində böyük xaos yaradır.
3. Hərbi və Texnoloji Həssaslıq
Hava limanı ətrafında müxtəlif hərbi hava hücumundan müdafiə sistemləri (məsələn, "Dəmir Qübbə" batareyaları) və radar stansiyaları yerləşdirilir. Mişmar Haşiva kimi yaxın nöqtələrdəki yanğınlar bu texniki avadanlıqların işinə mane ola bilər.
4. Sənaye və Logistika Anbarları
Həmin zonada hava limanını təmin edən böyük yanacaq çənləri, qida anbarları və kənd təsərrüfatı sahələri mövcuddur. Yanğının bu obyektlərə keçməsi iqtisadi və texniki baxımdan böyük ziyan deməkdir.

 

Videoya kanalımızdan baxa bilərsiniz

GÜNÜN MANŞETLERİ

İsrail mediası: Minlərlə israilli təxliyə edilib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail mediası: Minlərlə israilli təxliyə edilib

3/18/2026 2:30:09 PM