İranın sabiq naziri Rüstəm Qasemi vəfat edib

İranın sabiq naziri Rüstəm Qasemi vəfat edib
Yayınlanma tarixi: 8.12.2022 13:14:03

İranın sabiq Yol və Şəhərsalma naziri Rüstəm Qasimi xəstəliyi səbəbindən verdiyi istefadan iki ay sonra vəfat edib.

İslamazeri.com İSNA-ya istinadən xəbər verir ki, Rüstəm Qasiminin xərçəng xəstəliyi son zamanlarda daha da şiddətlənməyə başlayıb və o iki ay öncə istefasının qəbul edilməsini istəyib.

Qeyd edək ki, 58 yaşında vəfat etmiş Rüstəm Qasimi İran-İraq müharibəsində yaxından iştirak edib və İslam İnqilabı Keşikçiləri Ordusunun yüksək rütbəli zabitlərindən olub.

O həmçinin bundan öncəki hökumətlərdə neft naziri, sonuncu dəfə isə Yol və Şəhərsalma naziri olub.

GÜNÜN MANŞETLERİ