O bildirib ki, mümkün regional müharibənin məsuliyyəti ABŞ və sionist rejimin üzərinə düşəcək.
İslamazeri.com-un xəbərinı görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Seyid Əbdülrəhim Musəvi bildirib ki, son 47 ildə formalaşan nəsil ABŞ və sionist rejimin təzyiqləri qarşısında dayanaraq onları məğlubiyyətə uğradıb və İran heç vaxt zəiflədilməyəcək.
General Musəvi qeyd edib ki, İran xalqı ABŞ-ın cinayətləri, hiylələri və hegemonluq cəhdlərini dəfələrlə təcrübədən keçirib və bu, ölkənin müdafiə gücünü daha da möhkəmləndirib. Onun sözlərinə görə, İran “udulacaq tikə deyil” və hər hansı təcavüz qarşısında dayanacaq.
Baş Qərargah rəisi vurğulayıb ki, İran uzunmüddətli müharibəyə hazır olsa da, regional müharibənin başlanmasında maraqlı deyil və məntiqli, şərtsiz danışıqlara açıqdır. O bildirib ki, mümkün regional müharibənin məsuliyyəti ABŞ və sionist rejimin üzərinə düşəcək.
Musəvi çıxışının sonunda hərbçiləri yeni tapşırıqların icrasında vaxt itirməməyə çağırıb və onların adlarının İran hərb tarixində tanınmış qəhrəmanlarla yanaşı çəkiləcəyini deyib.