İranın Milli Təhlükəsizlik Şurasıdan SƏRT BƏYANAT
İslamazeri.com xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi şəhid Ali Liderin dəfn mərasimindən əvvəl yayımladığı mesajda bildirib ki, "Ayətullah Xamenei və İran şəhidlərinin qanının qisas sənədi açıqdır".
Ali Milli Təhlükəsizlik Şurasının katibi tərəfindən dəfn mərasimindən əvvəl yayımlanan mesaj şuranın sosial media hesabında paylaşılıb.
Mesajda deyilirdi: "Şəhid liderin göyə qalxdığı anda sıxılmış yumruğu milli təhlükəsizlik doktrinamızın əbədi simvoludur".
Bəyanatda əlavə olaraq deyilir: "Ayətullah Xamenei və məzlum İran şəhidlərinin təmiz qanının qisas sənədi açıqdır. Bu cinayəti əmr edənlər və törədənlər vaxtı çatanda "saleh ünsürlər" tərəfindən cəzalandırılacaqlar və bu vaxt uzaqda deyil".