İrandan Trampın iddialarına cavab

İrandan Trampın iddialarına cavab
Yayınlanma tarixi: 5/20/2026 10:05:35 AM

İrandan Trampın iddialarına cavab

İslamazeri.com xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ prezidenti Donald Trampın İranla bağlı iddialarına cavab verib.

Qəribabadi Trampın siyasi jestinə cavab olaraq deyib: “Vaşinqton danışıqlar üçün vaxt vermək məqsədilə İrana hücumları “müvəqqəti” dayandırdığını iddia edir, eyni zamanda hər an böyük bir hücuma hazır olduğunu bildirir.

ABŞ əslində “sülh fürsəti” vasitəsilə “təhdidlər” edir.

Xarici işlər nazirinin müavini əlavə edib: “İran istənilən hərbi hücumla üzləşməyə qətiyyətlə hazırdır. Təslim olmaq İran milləti üçün heç bir şey ifadə etmir; bu ya qələbə, ya da şəhidlikdir.”

Qəribabadi İran şəhidinin son vəsiyyətinə toxunaraq dedi: “Biz bütün rənglərdən qırmızını, bütün ölümlərdən isə şəhidliyi seçdik.”

GÜNÜN MANŞETLERİ